İQTİSADİYYAT


“AzVirt” şirkəti Belqrad ətrafında yol tikintisində iştirak edəcək

A+ A

Belqrad, 9 noyabr, Laçın Sultanova, AZƏRTAC

“AzVirt” şirkəti Serbiyada böyük bir layihənin həyata keçirilməsində – Belqrad ətrafında dolama yolun tikintisində iştirak edəcək.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu barədə Azərbaycan jurnalistlərinə müsahibəsində Serbiyanın tikinti, infrastruktur və nəqliyyat nazirinin müavini Saşa Stoyanoviç bildirib.

Serbiyalı nazir müavini Azərbaycanın “AzVirt” şirkətinin çəkdiyi yolla bağlı bunları deyib: “Yol dünya və Avropa standartlarına uyğun inşa edilib. “Azvirt” şirkəti və Azərbaycan səfirliyinin nümayəndələri ilə çox yaxşı əməkdaşlığımız var. Hamı vahid komanda kimi işlədi və yolun vaxtında açılması üçün böyük səy göstərdi”.

S.Stoyanoviçin sözlərinə görə, yolun planlaşdırılan hissəsinin inşasının tamamlanması Azərbaycan şirkəti ilə əməkdaşlığın sonu olmayacaq. “AzVirt” daha böyük bir layihədə – Belqrad ətrafında dolama yolun tikintisinin tamamlanmasında da iştirak edəcək.

Saşa Stojanovic 2012-ci ildə Serbiya və Azərbaycan hökumətləri arasında imzalanan 300 milyon avroluq kredit sazişini çox faydalı sənəd adlandırıb. Bu saziş sayəsində 40 kilometrlik yolun tikintisi həyata keçirilib. Nazir müavini deyib: “Kredit sazişinin Serbiya üçün böyük əhəmiyyəti var. Çünki bu saziş planlaşdırılmış infrastruktur obyektlərinin müəyyən hissəsinin tikintisinə imkan yaradıb”.

S.Stoyanoviç qeyd edib ki, “AzVirt”in bu layihə çərçivəsində gördüyü işlər bu regiona gözəl töhfə oldu. Gələcəkdə planlaşdırılan digər layihələrdə də şirkətin iştirak edəcəyinə inandığını bildirən nazir müavini ölkələrimiz arasında çoxsaylı iqtisadi maraqlar və əməkdaşlıq üçün böyük imkanların olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.