İQTİSADİYYAT
Azad Cavadov: Ləğv olunan bankların əmlakı satışa çıxarılacaq
Bakı, 22 iyul, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) ləğvedicisi olduğu bankların əmlaklarının satışına başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov iyulun 22-də keçirdiyi mətbuat konfransında deyib.
"Bununla bağlı "emlak.adif.az" saytı yaradılacaq. Bankların mülkiyyətində müxtəlif əmlaklar, kompyuterlər və digər avadanlıqlar var. Dəyəri böyük olan əmlakların sayı azdır. Əmlakların qiyməti beynəlxalq qiymətləndirici şirkətlər tərəfindən müəyyən edildikdən sonra dəyəri yüksək olan əmlaklar hərraclar vasitəsilə satılacaq. Eyni zamanda, müflis elan edilmiş bankların əmlaklarının icarəsi də mümkün olacaq", - deyə A.Cavadov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]