İQTİSADİYYAT


Azad Ticarət Zonasına tətbiq ediləcək qanun layihəsi ilin sonunadək Milli Məclisə təqdim ediləcək VİDEO

Bakı, 5 iyun, Elvin Camalov, AZƏRTAC 

Azad Ticarət Zonasında (ATZ) hüquqi rejimin tənzimlənməsi ilə bağlı qanun layihəsi bu ilin sonunadək Milli Məclisə təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, "DP World" şirkəti Azad Ticarət Zonası ilə bağlı görüləcək işləri yekunlaşdıraraq dövlətə təhvil verib. Hazırda isə ATZ-də hüquqi rejimin tənzimlənməsi ilə bağlı qanun layihəsi hazırlanır. Bunun üçün işçi qrupu yaradılıb və bura dövlət qurumları daxildir. Bu ilin sonunadək qanun layihəsi Milli Məclisə təqdim ediləcək və hüquqi rejim yaradıldıqdan sonra ATZ işlək vəziyyətə gətiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.