Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi:Nəzəri yanaşma və inkişafın Azərbaycan modeli

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi:Nəzəri yanaşma və inkişafın Azərbaycan modeli

Bakı, 4 iyul, AZƏRTAC

İqtisadiyyatın liberal mahiyyəti tarixən formalaşmış klassik yanaşmaların ən maraqlı istiqamətlərindən biri hesab olunur. Mikro səviyyədə fərdi, makro səviyyədə isə təbii nizamı və sərbəst bazarı əsas götürən liberal iqtisadi yanaşma merkantilistlərin fikirlərinə qarşı XVIII əsrin sonlarında Fransada və İngiltərədə meydana gəlib. Liberal iqtisadi yanaşmanın tam formalaşmasında şübhəsiz klassik liberalistlərin payı böyükdür. Xüsusilə iqtisadi həyat prinsipləri haqqında fikirləri qədim formadan müasir formaya salan şotlandiyalı filosof və iqtisadçı Adam Smitin ideyaları liberal iqtisadiyyat məfhumuna yeni nəfəs gətirdi. O merkantilistlərin yanaşmasını alt-üst edərək azad ticarətin tərəflərə fayda gətirdiyini bildirirdi.

A.Smitin fikrincə, iqtisadi fəaliyyətin əsas məqsədi şəxsi faydanı ən üst səviyyəyə qaldırmaqdır. Lakin insanlar öz mənfəətləri üçün çalışarkən başqalarına da faydalı olmalıdırlar. Bu zaman iqtisadi fəaliyyətin mərkəzi elementi “Homo Economicus” – iqtisadi insan hesab olunur. O müəyyən məqsədlər üçün fəaliyyət göstərən insanları cəmiyyətin rifahı naminə yönləndirən “görünməz əl” rolunu oynayır.

Müasir liberal yanaşmalar arasında Milton Fridmanın ideyaları maraq doğurur. Amerikalı iqtisadçı iqtisadi fəaliyyətin öz təbii axarına buraxılması, bu halda dövlətin müdaxiləsinin məhdudlaşdırılması və psixoloji gözləntilərin iqtisadi həyatdakı önəmi kimi məqamları qabardıb. O, xüsusilə maliyyə siyasəti sahəsində dövlətin müdaxiləsinin iqtisadi balansın pozulmasına, inflyasiya və deflyasiya kimi halların meydana çıxmasına gətirdiyini bildirib.

Nəzərə alsaq ki, liberal iqtisadiyyat xalqlar arasında ticarətin asanlaşdırılmasını, məhsul və xidmətin azad hərəkətini, hər iki tərəfin maksimum yararlana biləcəyi iqtisadi fəaliyyəti nəzərdə tutur, bu zaman haqqında danışdığımız konsepsiyanın daha da təkmilləşərək yeni iqtisadi quruluşlara tətbiq edilməsi öz müsbət nəticələrini verə bilər. Tədqiqatçı və aktivist kimi fəaliyyət göstərən Elizabet Martinez və Arnoldo Qartsia “Neoliberalizm nədir?” sualına cavab axtararkən əslində hər kəsin bildiyi məqamlara fərqli prizmadan yanaşıblar. Tədqiqatçıların fikrincə, neoliberalizm son 25 ildə dünyada yayılmış iqtisadi siyasətlərin şəbəkəsidir. Neoliberalizmin açar elementlərini vurğulayarkən E.Martinez və A.Qartsia kapitalın, məhsulların və xidmətlərin özünü tənzimləyən bazarda sərbəst hərəkətini, bu aktın dövlətdən azad həyata keçirilməsini, ictimai müəssisələrin özəlləşdirilməsini, ictimai qavramların individualizmə və fərdi məsuliyyətə çevrilməsini ön plana çıxarırlar. Dünya üzrə aparılan araşdırmalar aşağıdakı nəticələrə gəlməyə əsas verir: davamlı iqtisadi inkişaf insanların uğur qazanmaları üçün əsas yoldur; dövlətin müdaxiləsi olmadan mövcud olan azad bazarlar sərvətlərin səmərəli və ən uyğun formada paylaşdırılması üçün effektiv üsuldur; iqtisadi qloballaşma hər kəsə fayda gətirir; özəlləşmə ictimai sektordakı səmərəsizlik mühitini aradan qaldırır; dövlət daha çox mülkiyyət hüququna hörmətlə yanaşmaqla qanun çərçivəsində özəl sektorun fəaliyyəti üçün zəruri infrastrukturu yaratmaq funksiyasını yerinə yetirməlidir. 1997-2000-ci illərdə Dünya Bankının baş iqtisadçısı olmuş, Nobel mükafatı laureatı Cozef Stiqlitz isə nəzarətsiz buraxıldığı təqdirdə iqtisadi qloballaşmanın yoxsulluğun kəskinləşməsinə və gərginliyə səbəb olmasının qaçılmazlığını vurğulayır.

Azad ticarətin, azad sahibkarlığın və bazar əsaslı iqtisadiyyatların müasir sistemi təxminən 200 il əvvəl formalaşmağa başlayıb. Bu prosesin bir çox iqtisadi quruluşlarda verdiyi səmərə dünya dövlətlərini prosesi təşviq etmək istiqamətində düşündürür. Hansı yollarla liberal iqtisadiyyatın verdiyi faydadan daha çox yararlanmaq olar? Bu istiqamətin geniş yayılması üçün dövlət hansı tədbirlər həyata keçirə bilər? Son illər iqtisadçıların gündəmə gətirdiyi ən aktual məsələlər məhz bu suallar ətrafında toplaşıb. Beynəlxalq iqtisadi münasibətlərin fəal və önəmli aktoruna çevrilən Azərbaycanda da müvafiq sahə prioritet istiqamət kimi müəyyənləşdirilib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib. Bu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlar institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi, ümumilikdə dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi və bu kimi digər məsələlərdə özünü göstərir.

Son illər dünyanın yüksək inkişaf etmiş ölkələrinin də üzləşdiyi iqtisadi böhran “İnkişafın Azərbaycan modeli”ni gündəmə gətirir. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə irəli sürdüyü iqtisadiyyatın şaxələndirilməsi konsepsiyası məhz bu modelin əsas elementlərindən olan davamlı iqtisadi inkişafa aparan amildir. Son illərin təcrübəsi iqtisadiyyatın şaxələndirilməsinin ən səmərəli yolu kimi sahibkarlığın inkişafını ön plana çıxarır. Sahibkarlığın inkişaf səviyyəsi iqtisadiyyatın şaxələnməsinə və təsərrüfat sisteminin bir sahədən asılılığının aradan qalxmasına zəmin yaradır. Ölkəmizdə azad sahibkarlığın təşviqi istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biri də Azərbaycanda sahibkarlara “investisiya təşviqi sənədi”nin verilməsidir. Bu sənəd ilə sahibkarlar müəyyən edilmiş vaxt ərzində bir sıra vergilərdən azad edilir və onların fəaliyyətinin genişlənməsi üçün müxtəlif güzəştlər tətbiq olunur. Bu addım son illər ölkəmizdə əlverişli biznes mühitinin yaradılması və azad iqtisadi fəaliyyətin təşviqi istiqamətində görülən işlərin sadəcə bir hissəsidir. Bununla yanaşı, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarlara dövlət maliyyə dəstəyinin davam etdirilməsi, iş adamlarının şikayətlərinə daha həssas yanaşılması məqsədilə apellyasiya şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunması öz müsbət nəticələrini verməkdədir.

Azərbaycanın nail olduğu davamlı inkişaf modeli digər heç bir dövlətin inkişaf yoluna bənzəməyən, mövcud təcrübələri təkrarlamayan milli inkişaf modelidir. Belə bir konsepsiyanın daha hansı elementlərlə təkmilləşdirilməsi üzərində araşdırmalar aparılarkən müxtəlif yanaşmalar ortaya çıxır. Belə ki, “makro və mikro səviyyədə, eyni zamanda, sosial səviyyədə azad ticarətin təşviqi istiqamətində əlavə hansı tədbirlər görülə bilər?” sualı ətrafında bir sıra ideyalar maraq doğurur:

-regional dəyər zəncirində investisiyanın dəstəklənməsi və regionlararası ticarətin təşviqi iqtisadiyyatın müqayisəli üstünlüklərini meydana çıxara bilər. Bu, eyni zamanda məhsulların regional paylanmasını və rentabelliliyi asanlaşdırar. Azad bazarın informasiya sistemi, uyğunlaşdırılmış regional ticarət siyasəti, regional bazarların əlçatımlılığı da bu sırada önəmli faktorlardır.

-regional siyasətin hüquqi və tənzimləyici islahatlar yolu ilə tənzimlənməsi yerli və xarici investorlara daha böyük bazarlara çıxmaq imkanı verər. Bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən nəqliyyat xərclərinin azaldılması, region ərazisində gömrük rəsmiləşdirilməsi üçün standart sənədin hazırlanması kimi tədbirləri qeyd etmək olar.

-texniki və peşə təhsilinə sərmayə yatırmaq işçi qüvvəsinin bacarıqlarının özəl sektorun tələblərinə uyğun təkmilləşdirilməsi baxımından mühüm addım olar. Bu, ölkə iqtisadiyyatının daha çox ehtiyac duyduğu müxtəlif peşələr üzrə seminar və treninqlərin təşkili ilə də həyata keçirilə bilər.

-investisiyanın təşviqi və ixracın inkişafı istiqamətində mövcud institutların imkanlarının genişləndirilməsi islahatların səmərəliliyini artıraraq özəl sektordakı gözlə görünməyən əngəlləri aradan qaldırmağa və yaradılmış imkanlardan geniş istifadəyə yol açar. Bu istiqamətdə müxtəlif təşkilatların layihələrindən yararlanmaq olar. USAİD-in “investisiya mühitinin təkmilləşdirilməsi” layihəsini misal kimi göstərmək olar. Bu layihə vergi ödənişi strukturunun və biznesin qeydiyyata alınmasının asanlaşdırılmasını, bu proseslərin investorlar üçün daha az riskli olması yollarını əks etdirir.

-sənayedə hər sektora spesifik yanaşmanın olması sistematik dəyişikliklərə qarşı daha böyük dözümlülüyün mövcudluğuna gətirə bilər. Belə ki, hər bir istehsalat sahəsinin öz tələblərinə uyğun yanaşmanın tətbiqi məhsulun bazardakı rəqabət imkanlarına da böyük təsir göstərir. Bununla belə, sektorlar arasında bağlantıların olması da zəruridir.

-sahibkarlıq proqramları yeni sektorların, xüsusilə xidmət sənayesində yeni istiqamətlərin formalaşmasına stimul yaradır. Bu baxımdan yeni biznes qurmaq istəyənlər üçün yaradıcı ideyaların əməli işə necə çevrilməsinin öyrədildiyi layihələrin icrası faydalı olar.

Qeyd olunan xüsusiyyətləri ölkəmizin mövcud iqtisadi inkişaf əlamətləri ilə uyğunlaşdıraraq tətbiq etmək müsbət nəticələr verə bilər. Xüsusi vurğulamaq lazımdır ki, iqtisadiyyatın heç bir elmi əsaslandırma olmadan, kortəbii şəkildə liberallaşdırılması iqtisadi inkişafa təkan vermir. Eyni zamanda, iqtisadi fəaliyyətə hədsiz dövlət müdaxiləsi də tərəqqiyə aparmır. Bu məsələdə hər bir ölkənin milli xüsusiyyətləri, mövcud imkanları ön plana çıxarılmaqla ən optimal modelin müəyyənləşdirilməsi zəruridir. Azərbaycan, bütün qeyd olunan məqamlar nəzərə alınmaqla artıq öz mütərəqqi inkişaf modelini müəyyənləşdirib. Bu modelin gələcəkdə daha da təkmilləşdirilərək ölkəmizin davamlı tərəqqisinə, xalqımızın rifahına xidmət edəcəyi şübhə doğurmur.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Əsəd Məmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq