CƏMİYYƏT


Azadlığa çıxan 3484 nəfər birdəfəlik pul müavinəti ilə təmin edilib

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 3 min 484 nəfəri birdəfəlik pul müavinəti ilə təmin edib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, müvafiq qanunvericiliyə uyğun olaraq həmin insanların hər birinə minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində müavinət ödənilib. Eyni zamanda, həmin şəxslərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanlarına iş üçün müraciət edən insanların kvota üzrə ayrılmış iş yerlərində məşğulluqlarının təmin edilməsi üçün müvafiq işlər görülüb.

Nazirlik tərəfindən penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Qobustan rayonunda 50 yerlik Sosial Adaptasiya Mərkəzi də inşa etdirilir. Mərkəzin yaradılmasında məqsəd həmin şəxslərin sosial mühitə uyğunlaşdırılması və onlara müvafiq sahələrdə zəruri yardımların göstərilməsi, habelə onların sosial adaptasiyasının daha dolğun şəkildə dəstəklənməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsidir.

Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin əmək bazarına çıxışının və gələcək məşğulluğunun dəstəklənməsi də diqqətdə saxlanılır. Keçən il və cari ilin ötən dövründə 200-dək belə şəxs üçün əmək bazarında tələb olunan peşələr üzrə hazırlıq kursları təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.