DÜNYA
Azadlıq heykəlinin ziyarətçiləri təcili təxliyə ediliblər
Bakı, 25 aprel, AZƏRTAC
Nyu-Yorkda Milli Park Xidmətinin əməkdaşları Azadlıq heykəlinin ziyarətçilərini anonim zəngə görə təcili təxliyə ediblər.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, turistlərin təhlükəsizliyi səbəbindən onları ümumiyyətlə heykəlin olduğu Azadlıq adasından çıxarmaq qərarı alınıb. Hadisə yerinə Nyu-York polisinin əməkdaşları, partlayıcı maddələr üzrə mütəxəssislər və yanğınsöndürənlər cəlb ediliblər.
CNN telekanalının məlumatına görə, abidəyə yaxın ərazidə heç bir təhlükəli əşya tapılmayıb.
Qırılmış zəncirlərin üzərində yerləşən 46 metrlik Azadlıq heykəli Fransa vətəndaşlarının Amerika inqilabının 100 illiyinə hədiyyəsidir. Heykəltəraş Frederik Oqyüst Bartoldinin əsəri Amerika arzusu və demokratiyanın simvoluna çevrilib. Hər il bu heykəli 3,5 milyon insan ziyarət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]