İDMAN


Azarkeşlər klub rəhbərliyini donuz oyuncağı ilə boykot ediblər

Bakı, 17 oktyabr, AZƏRTAC 

İngiltərənin “Çarlton Atletik” klubunun azarkeşləri rəhbərliyi maraqlı üsulla boykot edib.

AZƏRTAC “Sun” saytına istinadla xəbər verir ki, uğursuz nəticələrdən təngə gələn azarkeşlər komandanın 1-ci liqada “Koventri” ilə qarşılaşması zamanı meydançaya plastikdən hazırlanmış donuz oyuncağı atıblar. Bu səbəbdən matçda təxminən 5 dəqiqəlik fasilə yaranıb. Maraqlıdır ki, onların qeyri-adi etirazına qarşı komandanın azarkeşləri də dəstək verib.

Qeyd edək ki, “Çarlton Atletik” illər öncə İngiltərə Premyer Liqasında çıxış edib. Elitada uğursuz çıxış edən komanda “Çempionşip”ə, ardınca isə 1-ci liqaya yuvarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.