ELM VƏ TƏHSİL
Azəbaycanın rusdilli dövri mətbuatı ilə maraqlananlar üçün dəyərli mənbə
Bakı, 12 avqust, AZƏRTAC
“Elm və Təhsil” nəşriyyatında filoloqiya üzrə fəlsəfə doktoru Lalə Hacıyevanın “Azəbaycanın rusdilli dövri mətbuatının tarixindən (1871-1918)” monoqrafiyası işıq üzü görüb.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, monoqrafiya Azərbaycanda rusdilli mətbuatın təşəkkül və inkişaf tarixinin kompleks şəkildə, hərtərəfli öyrənilməsinə, təhlilinə və ümumiləşdirilməsinə həsr olunan ilk peşəkar araşdırmadır. Monoqrafiyanın əsas məqsədi XIX əsrin ilk qərinəsində Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalı nəticəsində baş vermiş ictimai-siyasi dəyişikliklər fonunda bölgədə rusdilli mətbuatın yaranmasının və yayılmasının ilkin şərtlərini aydınlaşdırmaq, onun təşəkkül və inkişaf qanunauyğunluqlarını aşkarlamaq, çar Rusiyasının əyalət mətbuatı ilə bağlı siyasətinin özəlliklərini nümayiş etdirməkdir.
Monoqrafiyanın elmi məsləhətçisi filoloqiya elmləri doktoru, professor Şamil Vəliyevdir. Kitaba Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Məhəmmədismayıl Mehdiyev rəy yazıb.