Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AzərTAc-ın və İTAR-TASS-ın ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş birgə fotosərgisi açılmışdır VIDEO

Bakı, 13 aprel (AZƏRTAC). Aprelin 13-də Azərbaycan Dövlət Teleqraf Agentliyinin binasında AZƏRTAC ilə Rusiyanın İTAR-TASS agentliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş birgə fotosərgisi açılmışdır.

Sərginin açılış mərasimində AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, İTAR-TASS-ın baş direktoru Sergey Mixaylov, baş direktorun birinci müavini Mixail Qusman və Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak etmişlər.

Qonaqları salamlayan Aslan Aslanov demişdir ki, bu sərginin təşkilinə İTAR-TASS-ın göstərdiyi dəstəyin böyük rəmzi mənası vardır. Çünki ümummilli lider Heydər Əliyev sovet dönəmində titanik fəaliyyəti ilə həm Azərbaycanın, həm də Rusiyanın inkişafına, müstəqillik illərində isə ölkələrimiz və xalqlarımız arasında yeni səviyyədə münasibətlərin möhkəmlənməsinə əvəzsiz töhfələr vermişdir. Təsadüfi deyildir ki, Rusiya Prezidenti Vladimir Putinin siyasət nəhəngi adlandırdığı ulu öndər Heydər Əliyevin təkcə öz xalqının deyil, çox geniş coğrafiyada yaşayan insanların tarixi taleyində müstəsna xidmətləri olmuşdur.

Sərgidə nümayiş etdirilən fotoşəkillərin İTAR-TASS-ın və AZƏRTAC-ın fotoarxivlərindən götürüldüyünü deyən A.Aslanov diqqətə çatdırmışdır ki, bu qiymətli yadigarlar dahi Heydər Əliyevin şərəfli ömür yolunun şanlı salnaməsinin kiçik bir hissəsidir.

Ulu öndər Heydər Əliyevin dünya miqyaslı siyasi lider istedadına malik olduğunu vurğulayan baş direktor demişdir ki, bu istedad dövlətin, ölkənin və xalqın inkişaf yollarını aydın görməkdə, qarşıya qoyulmuş məqsədlərə ardıcıl nail olmaqda mükəmməl şəkildə təzahür etmişdir. Heydər Əliyev müstəqil Azərbaycanın modernləşməyə əsaslanan inkişaf strategiyasını işləyib hazırlamış, onu milli dövlət quruculuğunun nəzəriyyə və təcrübəsinə çevirmişdir. Buna görə də Ulu Öndərin yaratdığı mükəmməl inkişaf trendləri yaşayır, inkişaf edir və bizdən öndə addımlayır. Bu strategiya bizə həmişə yeni zəfərlər gətirəcək, inkişafın Azərbaycan modeli kimi tarixdə əbədi qalacaqdır. İstər Azərbaycan tarixində, istərsə də xalqımızın yaddaşında Heydər Əliyev suveren və müstəqil dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan, ən böyük vətəndaş kimi qalmışdır və qalacaqdır.

AZƏRTAC-ın baş direktoru qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan bu gün inkişafının yeni mərhələsini yaşayır. Azərbaycan bölgənin şəksiz lider dövlətidir. Bu gün bütün dünyada Azərbaycan ilə ilk növbədə, ona görə maraqlanırlar ki, bu ölkə postsovet məkanında iqtisadi və siyasi novasiyaları ən fəal şəkildə tətbiq edən bir dövlətdir. Bütün bunlar Heydər Əliyevin - Şərq müdrikliyini və Qərb dinamizmini özündə təcəssüm etdirən, Azərbaycanı dünyaya tanıdan dahi bir insanın möhtəşəm xidmətlərinin bəhrəsidir.

İTAR-TASS agentliyinin baş direktoru Sergey Mixaylov demişdir ki, böyük insanlar tarixdə böyük izlər qoyur. Heydər Əliyev tarixdə böyük izlər qoyan dahilərdən biridir. Müasir Azərbaycan əsası Heydər Əliyev tərəfindən qoyulmuş məqsəd və hədəfləri Prezident İlham Əliyevin necə istedadla, yaradıcılıqla həyata keçirildiyini nümayiş etdirir. Azərbaycan gözümüzün qabağında inkişaf edir, müasirləşir. Azərbaycan heyrətamiz dərəcədə səxavətli, heyrətamiz dərəcədə səmimi ölkədir. Mən çox şadam ki, biz AZƏRTAC və İTAR-TASS agentliklərinin Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bu fotosərgini təşkil edə bildik.

İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman bildirmişdir ki, Heydər Əliyev çox genişmiqyaslı şəxsiyyət, vətəndaş, öz ölkəsinin həqiqi vətənpərvəri, müasir Azərbaycanın əsasını qoymuş insandır. M.Qusman vurğulamışdır: “Mənim vətənim Azərbaycanın uğurları bütün sahələrdə - iqtisadiyyatda, mədəniyyətdə, sosial həyatda təzahür edir. Bütün bunların təməlini Heydər Əliyev qoymuşdur və bu gün Prezident İlham Əliyev tərəfindən bu dərəcədə parlaq şəkildə həyata keçirilir.

Sonra fotosərginin rəmzi açılışını bildirən lent kəsilmişdir. Qonaqlar və mərasimin iştirakçıları ulu öndər Heydər ƏIiyevin həyatının ən maraqlı anlarını yaşadan nadir fotoşəkillərlə tanış olmuşlar. Sərgidə AZƏRTAC-ın və İTAR-TASS-ın arxivlərindən seçilmiş 70-dən çox fotoşəkil nümayiş etdirilir.

AZƏRTAC və İTAR-TASS agentliklərinin rəhbərləri sərgi ilə tanışlıqdan sonra ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmişlər. AZƏRTAC-ın baş direktoru Aslan Aslanov görüşdə qeyd etmişdir ki, qarşılıqlı əlaqələrimiz informasiya fəaliyyətinin bütün sahələrini əhatə edir, agentliklərimizin birgə tədbirləri yüksək səviyyədə keçir. Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş bu fotosərginin yüksək səviyyədə təşkili buna sübutdur. A.Aslanov əmin olduğunu bildirmişdir ki, bu əməkdaşlıq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəkdir.

İTAR-TASS agentliyinin baş direktoru Sergey Mixaylov fotosərginin təşkilini yüksək qiymətləndirərək vurğulamışdır ki, bu cür birgə tədbirlər iki milli agentliyin əməkdaşlığının uğurlu olmasını nümayiş etdirir.

İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman demişdir ki, bu yubiley sərgisi görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinə ehtiramımızın göstəricisidir. Məhz Heydər Əliyevin xidmətləri sayəsində vətənim Azərbaycan çiçəklənən diyara çevrilmişdir.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qeyd etmişdir ki, bu cür tədbirlər, heç şübhəsiz, Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafına böyük töhfə verir. Diplomat qeyd etmişdir ki, ölkələrimiz arasında sıx dostluq və mehriban qonşuluq əlaqələrinin qurulmasında Heydər Əliyev böyük rol oynamışdır.

Tərəflər 2013-cü il aprelin 18-dən 20-dək Soçidə Qara dəniz regionu Ölkələrinin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (PANİA) Baş Assambleyasının keçirilməsi ilə əlaqədar məsələləri də müzakirə etmişlər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib