İDMAN
Azər Mirzəyev şahmat festivalının vitse-çempionu oldu
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan qrossmeysteri Azər Mirzəyev Çexiyanın Çeske Budeyovitse şəhərində keçirilən beynəlxalq şahmat festivalının vitse-çempionu oldu.
AZƏRTAC xəbər verir ki, şahmat festivalında 71 şahmatçı, o cümlədən səkkiz qrossmeyster iştirak edib. Festivalın proqramına qrossmeyster balı hesab edilən normada turnir və iki open turnir daxil olub.
Sonuncu – doqquzuncu turda qara fiqurlarla oynayan Azər Mirzəyev 5,5 xal toplayaraq yerli şahmatçı Yan Krejçi ilə görüşü heç-heçə qurtarıb. Ukraynalı Sergey Ovseyeviç və polyak Kasper Drozdovski dairəvi sistemdə keçirilən yarışı eyni göstərici ilə başa vurublar. Azərbaycan qrossmeysteri əlavə göstəricilərə görə gümüş medala layiq görülüb. Qızıl medalı isə Ukrayna təmsilçisi qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [16:00]
Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb
- 18.04.2024 [15:40]
“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib
- 18.04.2024 [14:39]
Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar
- 18.04.2024 [14:37]
Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb
- 18.04.2024 [13:22]
“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir
- 18.04.2024 [13:18]
AFFA beş klubu cəzalandırıb
- 18.04.2024 [12:37]