İQTİSADİYYAT


“Azər Türk Bank” “Çək, Qazan!” kampaniyasına yekun vurub

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

“Azər Türk Bank” avqustun 18-dən etibarən start verdiyi “Çək, Qazan!” kampaniyasına yekun vurub.

Bankdan AZƏRTAC-a bildiriblər ki, 10 həftə ərzində davam edən kampaniyanın hər həftə təyin olunan qaliblərinə qazandıqları dəyərli hədiyyələr təqdim edilib.

“Çək, Qazan!” kampaniyası bu həftə ərzində iştirakçılar arasından həftənin cümə günü baş tutacaq səsvermədə son qalibin təyin olunması ilə başa çatıb.

Bu, bank tərəfindən həyata keçirilən sonuncu kampaniya deyil. Tezliklə, bu kampaniya yeni formatda təqdim ediləcək.

Kampaniya barədə ətraflı məlumatı www.cekqazan.azerturkbank.az saytından əldə etmək olar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.