İQTİSADİYYAT


“Azər Türk Bank” “Yaşıl ASAN”a qoşulub

A+ A

Bakı, 5 avqust, AZƏRTAC

"Azər Türk Bank" "Yaşıl ASAN" təşəbbüsünə qoşulub.

Bankdan AZƏRTAC-a bildiriblər ki, təşəbbüs Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "IDEA" İctimai Birliyi və "Azərsun Holding" MMC tərəfindən həyata keçirilən "Hər kağızı bir yarpağa dəyişək" layihəsinə dəstək məqsədilə ASAN könüllüləri tərəfindən irəli sürülüb. Təşəbbüsün məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.

Təşəbbüs çərçivəsində "Azər Türk Bank"ın xidmət ofislərində xüsusi qutular qoyulacaq. İstifadə olunmuş kağız tullantılar bu qutulara yığılaraq yenidən emal olunmaq üçün "Azərsun Holding" MMC-yə təhvil veriləcək. Həmçinin bank ASAN könüllülərin təbiətin qorunması ilə bağlı tələbələrin məlumatlandırılması istiqamətində həyata keçirdiyi layihələrə dəstək verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.