İQTİSADİYYAT
“Azər Türk Bank” təmassız ödəniş kartlarını təqdim edir
Bakı, 12 avqust, AZƏRTAC
"Azər Türk Bank" "MasterCard PayPass" təmassız ödəniş kartlarını təqdim edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, müştərilərin rahatlığının təmin edilməsi məqsədilə tətbiq olunan bu yenilik bankın bu növ kart sahiblərinə "MasterCard PayPass" loqotipi ilə təchiz olunan POS-terminallarda bir toxunuşla ödəniş etmək imkanı yaradacaq. Kart sahibləri kartlarını təmassız ödənişləri qəbul edən POS-terminallara yaxınlaşdırmaqla xırda ödənişləri PİN-kod daxil etmədən həyata keçirə biləcəklər.
Eyni zamanda, bank təsərrüfat subyektlərinə təqdim etdiyi POS-terminallarda da təmassız ödənişlərin qəbulunu aktivləşdirir.
Bankın təmassız ödəniş kartlarına sahib olmaq istəyən şəxslər bankın istənilən filialına müraciət edə, yaxud www.azerturkbank.az saytı vasitəsilə onlayn qaydada debit və kredit kartları sifariş edə bilərlər.