İQTİSADİYYAT


“Azər Türk Bank” valyuta satışını rəsmi məzənnə üzərinə 4 faiz marja əlavə olunmaqla həyata keçirir

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

“Azər Türk Bank” valyuta satışını Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzərinə maksimum 4 faiz marja əlavə olunmaqla həyata keçirir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, ödəniş kartları ilə konvertasiya əməliyyatları zamanı nağdlaşdırma həyata keçirilərkən də Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə əsas götürülür və bu növ əməliyyatlara 4 faiz həcmində konvertasiya (mübadilə) komisyonu tətbiq olunur. Ödəniş kartları üzrə nağdsız alış-veriş (POS-terminallar və ya internet vasitəsilə) əməliyyatları zamanı isə konvertasiya yenə də Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəsi əsasında və üzərinə 0.50 faiz komissiya haqqı əlavə olunmaqla həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.