İQTİSADİYYAT


“Azər Türk Bank” və “ASAN xidmət”in birgə təlimlərinin ikinci mərhələsi başlayıb

A+ A

Bakı, 7 dekabr, AZƏRTAC

“Azər Türk Bank” və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə “ASAN könüllüləri” təşkilatının üzvləri üçün keçirilən biraylıq təlimlərin ikinci mərhələsinə start verilib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, layihənin həyata keçirilməsində məqsəd “ASAN könüllüləri” təşkilatının iqtisadiyyat və maliyyə üzrə təhsil almış üzvlərinin ixtisasları üzrə təcrübi biliklərinin artırılmasına dəstək olmaqdır. Layihə çərçivəsində təşkil olunan təlimlər zamanı “Azər Türk Bank”ın əməkdaşları könüllülərin iqtisadiyyat, maliyyə, marketinq və bank sektoru ilə bağlı biliklərinin artırılmasına kömək göstərir, onları maraqlandıran sualları cavablandırırlar.

Könüllülərin təlimlərdə qazandıqları bilik və bacarıqlar onların şəxsi inkişafını təmin edəcək, gələcək fəaliyyətləri üçün stimul yaradacaq.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunacaq. Həmçinin təlimlərdə yüksək nəticə göstərən könüllülər “Azər Türk Bank”da təcrübə keçmək imkanı qazanacaqlar. Bu da onların gələcək karyeraları üçün böyük əhəmiyyət kəsb edir.

Təlimlərin müntəzəm şəkildə təşkil olunması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.