REGİONLAR


“Azər Türk Bank”ın “Qəbələ” şöbəsi istifadəyə veriləcək

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Avqustun 20-də “Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Qəbələdə eyniadlı şöbəsinin açılışı olacaq.

Bankdan AZƏRTAC-a bildiriblər ki, şöbə Qəbələdə “ASAN xidmət” mərkəzində yerləşir. Burada müştərilərə fiziki və hüquqi şəxslərə bank hesablarının, fiziki şəxslərə depozit hesablarının açılması, valyuta mübadilə əməliyyatlarının həyata keçirilməsi, nağdsız pul köçürmələri, ölkədaxili sürətli pul köçürmələri, şəxsi hesabdan nağd vəsaitin çıxarılması, hökumət ödəniş portalı üzrə əməliyyatların aparılması kimi xidmətlər təklif olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.