REGİONLAR
Azər Türk Bank”ın “Şirvan” filialı istifadəyə verilib
Bakı, 1 avqust, AZƏRTAC
Avqustun 1-də "Azər Türk Bank" ASC-nin "Şirvan" filialı istifadəyə verilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Şirvan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi 33 ünvanında yerləşən filial bankın inkişaf konsepsiyasına uyğun qurulub və müasir bankçılıq texnologiyaları ilə təchiz edilib. Şirvan şəhərinin, eləcə də ətraf bölgələrin sakinləri həftəiçi hər gün saat 09:30-dan 17:00-dək filialın yüksək keyfiyyətli bank xidmətlərindən yaralana bilərlər.
Filialda korporativ və fərdi müştərilərə depozitlər, müxtəlif növ kredit məhsulları, kassa hesablaşma əməliyyatları, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətlər təklif olunur.