İQTİSADİYYAT
“Azər Türk Bank”ın yeni şöbəsi istifadəyə verilib
Bakı, 9 avqust, AZƏRTAC
"Azər Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən 2 saylı şöbəsi istifadəyə verilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, "Azər Türk Bank"ın inkişaf strategiyasına uyğun olaraq yaradılan yeni şöbə həftədə hər gün saat 09:30-dan 17:00-dək müştərilərin xidmətindədir. Burada müştərilərin fiziki və hüquqi şəxslərə bank hesablarının açılması, fiziki şəxslərə depozit hesablarının açılması, valyuta mübadilə əməliyyatlarının həyata keçirilməsi, nağdsız pul köçürmələri, ölkədaxili sürətli pul köçürmələri, şəxsi hesabdan nağd vəsaitin çıxarılması, hökumət ödəniş portalı üzrə əməliyyatların, alğı-satqı əməliyyatlarının aparılması kimi xidmətlərdən istifadə etməsi mümkündür. Müştərilər, həmçinin 2 saylı şöbəyə müraciət etməklə "Azər Türk Bank"ın müxtəlif çeşidli ödəmə kartlarını sifariş verə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]