İQTİSADİYYAT


“Azəravtoyol” 26 rayon və şəhər ərazisində uzunluğu 708,8 kilometr olan avtomobil yollarının tikintisini davam etdirir

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

Bu ilin 9 ayı ərzində “Azəravtoyol” ASC tərəfindən 26 rayon və şəhər ərazisində uzunluğu 708,8 kilometr olan 29 avtomobil yolunun tikintisi və 2 körpünün bərpası, Bakı şəhərində və onun qəsəbələrində isə uzunluğu 87,3 kilometr olan 12 qəsəbələrarası avtomobil yollarının tikintisi və yenidən qurulması işləri davam etdirilir.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Həmin dövr ərzində uzunluğu 274,6 kilometr olan 13 kəndlərarası avtomobil yolunun və Bakı şəhərinin uzunluğu 16,4 kilometr olan 3 qəsəbələrarası avtomobil yolunun tikintisi və yenidən qurulması başa çatdırılıb.

Ümumilikdə isə respublikamızın bütün şəhər və rayonları ərazisində 84 kəndlərarası avtomobil yolu layihəsinin tikintisinin həyata keçirilməsi nəzərdə tutulub.

Tikiləcək və yenidən qurulacaq kəndlərarası avtomobil yollarının ümumi uzunluğu 2101,2 kilometr təşkil edir. Onlardan 1149,7 kilometr yeni kəndlərarası avtomobil yollarıdır.

Bu layihələrin həyata keçirilməsi 1,6 milyon əhalinin yaşadığı 859 yaşayış məntəqəsini əhatə edəcək, onların rahat avtomobil yollarından istifadə edərək tədarük etdikləri kənd təsərrüfatı məhsullarını qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmağa imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.