İQTİSADİYYAT


“Azəravtoyol” ASC-nin mütəxəssisləri üçün ixtisaslaşdırma kursları təşkil olunub

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

“Azəravtoyol” ASC-nin “Azəryolelmitədqiqatlayihə” İnstitutu yol təsərrüfatı mütəxəssisləri üçün ixtisaslaşdırma kursları keçirir.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol”un mətbuat xidmətindən məlumat verilib.

Kurslarda materialların tədqiqatı üzrə laborantlar, mexanizatorlar, operatorlar, mexaniklər və vərdənə ustaları hazırlanacaq, eyni zamanda kompyuter proqramları tədris ediləcək.

Kurslar oktyabrın 1-dən fəaliyyətə başlayacaq və kursu bitirənlərə müvafiq şəhadətnamə veriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.