İQTİSADİYYAT


“Azəravtoyol” ASC-nin yeni istehsalat bazası fəaliyyətə başlayıb VİDEO

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin yeni istehsalat bazası fəaliyyətə başlayıb. Baza Bakı 2 nömrəli Yol İstismarı MMC-nin tərkibində yaradılıb. ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun iştirakı ilə istehsalat bazasına baxış keçirilib.

Bazanın ərazisində qurulan asfalt-beton qarışığı istehsal edən Lintec-3000 zavodu Almaniya istehsalıdır və istehsal gücü saatda 240 tona bərabərdir. Zavod həm mavi yanacaq, həm də dizel yanacağı ilə çalışır. Bunun üçün ərazidə 35 tonluq dizel çəni quraşdırılıb, 4 kilometrə yaxın yüksək təzyiqli qaz xətti çəkilib.

Bundan başqa, asfalt zavodunun ərazisində hər biri 100 ton olan 11 ədəd bitum çəni də qoyulub. Bitum çənlərindən 2-si xüsusi kimyəvi qatqı qatılaraq yüksək keyfiyyətə malik polimer asfalt istehsalı üçün nəzərdə tutulub. Ərazidə asfalt-beton qarışığının istehsalı üçün kifayət qədər ehtiyat material da toplanıb.

İstehsalat bazasının ərazisində mini emulsiya istehsalı zavodu da fəaliyyət göstərir. Burada asfalt-beton örtüyünün döşənəcəyi sahəyə vurulması üçün nəzərdə tutulmuş xüsusi emulsiya istehsal olunur.

Ərazidə fəaliyyət göstərən laboratoriyada hazır asfalt-beton qarışığının, bitumun və bütün növ inert materiallarının keyfiyyətinə və möhkəmliyinə nəzarət etmək mümkündür. Bunun üçün laboratoriya Avropa istehsalı olan xüsusi avadanlıqlarla təchiz edilib.

İstehsalat bazasının ərazisində bütün yük maşınlarının yoxlanılması üçün kompyuterləşdirilmiş tərəzi də quraşdırılıb. Tərəzidə bir dəfəyə 80 ton yükü yoxlamaq mümkündür.

İstehsalat bazasında işçilərin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb, otaqlar lazımi avadanlıqlarla təchiz edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.