İQTİSADİYYAT
“Azəravtoyol” Nəsimi rayonunun bəzi küçələrindən istifadə edən sürücülərə xəbərdarlıq edib
Bakı, 25 aprel, AZƏRTAC
“Azəravtoyol” ASC Nəsimi rayonu ərazisindəki bəzi küçələrdən istifadə edən sürücülərə xəbərdarlıq edib.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə bu gün səhər 11:00-dan etibarən Nəsimi rayonu Səməd Vurğun, Məhəmməd Füzuli və Şamil Əzizbəyli küçələrinin kəsişməsində (Heydər Əliyev Sarayının arxası) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Görülən işlər axşam saatlarınadək yekunlaşdırılacaq.
Analoji işlər 22:00-dan etibarən, həmçinin Nəsimi rayonu Şamil Əzizbəyli, Məhəmməd Füzuli, Bülbül və Səməd Vurğun küçələrində aparılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
“Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]