CƏMİYYƏT


“Azəravtoyol" ASC-nin əməkdaşları üçün yeni biometrik pasportlar verilib

A+ A

Bakı, 13 dekabr, AZƏRTAC

“Azəravtoyol” ASC-nin inzibati binasında cəmiyyətin əməkdaşları üçün müddəti bitmiş ümumvətəndaş pasportlarının dəyişdirilməsi və yeni biometrik pasportların verilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən səyyar xidmət təşkil edilib.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol”un mətbuat xidmətindən bildirilib.

Səyyar xidmət zamanı yeni biometrik pasport əldə etmək istəyənlərin yerindəcə fotoları çəkilib, barmaq izləri və imzaları götürülüb. Ümumilikdə cəmiyyətin 50-ə yaxın əməkdaşı təşkil olunmuş səyyar xidmətdən yararlanıb.

Qeyd olunub ki, dövlət rüsumu ödənilməklə 7 iş günü ərzində əməkdaşlara yeni biometrik pasportlar təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.