İQTİSADİYYAT


“Azəravtoyol” yolgöstərici xətlərinin yenidən rənglənməsi işlərini davam etdirir

Bakı, 22 iyun, AZƏRTAC

“Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yolların və piyada keçidlərinin yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 22-də səhər saat 10:00-dan etibarən Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski küçəsinə kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən iş gedən ərazidə diqqətli olmalarını xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.