İQTİSADİYYAT
Azərbaycan 137 ölkə ilə 18,1 milyard dollar məbləğində ticarət əməliyyatları həyata keçirib
Bakı, 16 sentyabr (AZƏRTAC). Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, yanvar-iyul aylarında 137 xarici ölkə ilə 18,1 milyard dollar məbləğində ticarət əməliyyatları həyata keçirilib. Ticarət əlaqələrinin 9,2 faizi MDB üzvü dövlətləri ilə, 90,8 faizi isə digər ölkələrlə aparılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yeddi ay ərzində 13,2 milyard dollarlıq məhsul ixrac olunub. Bunun 498,3 milyon dollarlığı MDB dövlətlərinin, 96,2 faizi və ya 12,7 milyard dollarlığı isə digər xarici ölkələrin alıcılarının payına düşüb.
Bu dövrdə ölkəmizə idxal edilmiş məhsulların həcmi 4,9 milyard dollar təşkil edib. Xarici ticarət dövriyyəsinin 46 faizi Avropa İttifaqına daxil olan ölkələrlə, 9,2 faizi MDB dövlətləri ilə, 44,8 faizi digər ölkələrlə aparılıb.
Beləliklə, ixracın həcmi idxaldan 2,7 dəfə çox olub və 8,3 milyard dollar müsbət saldo yaranıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]