ELM VƏ TƏHSİL


“Azərbaycan 1941-1945. Sovet İttifaqı Qəhrəmanları” kitabının təqdimatı olub

Bakı, 22 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) hərb tarixinin tədqiqatçısı Azad Hüseynovun “Azərbaycan 1941-1945. Sovet İttifaqı Qəhrəmanları” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirak etdikləri təqdimat mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı hərb tariximizdən danışıb, Azərbaycan hərb tarixinin öyrənilməsində, təbliğində elmi və elmi-populyar nəşrlərin əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, xalqımızın tarixi keçmişinin öyrənilməsi istiqamətində əməli fəaliyyət göstərən Muzey təkcə hərbi xarakterli sərgilərin keçirilməsi ilə kifayətlənmir, elmi və elmi-populyar kitablar da hazırlayır və nəşr etdirir. Onların əksəriyyəti Muzeyin fondlarında qorunan materiallara əsaslanır.

“Azərbaycan 1941-1945. Sovet İttifaqı Qəhrəmanları” kitabı haqqında fikirlərini bildirən akademik N.Vəlixanlı qeyd edib ki, nəşrdə qəhrəmanların həyat və döyüş yolunu əks etdirən sənədlər, faktlar verilib. Həmçinin, kitabda Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmiş, lakin hansısa səbəbdən bu adı ala bilməmiş azərbaycanlılar haqqında da məlumat yer alıb.

Tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov təqdim olunan kitabın hərb tariximiz üçün dəyərli töhfə olduğunu diqqətə çatdırıb.

Kitabın müəllifi, tədqiqatçı Azad Hüseynov hərb tariximizin daha dərindən araşdırılmasının əhəmiyyətindən bəhs edib, tədbirin iştirakçılarına təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.