Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Prezident İlham Əliyevin Vaşinqtona səfərinin ilk iki gününün nəticələri nə ilə əlamətdar oldu?

Bakı, 1 aprel, Tamilla Nuriyeva, AZƏRTAC

Artıq iki gündür ki, dünyanın diqqəti ABŞ-ın paytaxtı Vaşinqtona yönəlib. Əllidən çox ölkənin dövlət və hökumət başçıları, müxtəlif beynəlxalq təşkilatların rəhbərləri IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün bu şəhərə toplaşıblar. ABŞ Prezidenti Barak Obamanın dəvəti ilə Vaşinqtona gələn Azərbaycan Prezidenti İlham Əliyevin səfərinin ikinci günü başa çatıb. Bu iki gün nə ilə əlamətdar oldu?

Əvvələn, müasir dövrün nüvə təhlükəsizliyi ilə bağlı ən mühüm məsələlərin, bir sözlə, bütün bəşəriyyətin gələcək taleyinin həll olunduğu bu Sammitə dəvətin özü Azərbaycan tərəfindən dostluq və tərəfdaşlığın əlaməti kimi qəbul edilib. Prezident İlham Əliyevin Birləşmiş Ştatların dövlət katibi Con Kerri ilə görüşdə mətbuat üçün verdiyi bəyanatında qeyd etdiyi kimi, ABŞ-Azərbaycan münasibətlərinin artıq 25 illik uzun tarixi var. Bu münasibətlər həmişə sıx, səmimi olub, indi isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatıb.

Azərbaycan Prezidentinin Birləşmiş Ştatların paytaxtında keçirdiyi bütün görüşlərdə və apardığı danışıqlarda ABŞ-Azərbaycan münasibətlərinin strateji əhəmiyyəti vurğulanmaqla yanaşı, “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı birgə iş məsələsi də diqqət mərkəzində olub. Bu layihənin uğurla həyata keçirilməsində Prezident İlham Əliyevin güclü siyasi iradə nümayiş etdirdiyinin bildirildiyi görüşlərdə “Cənub Qaz Dəhlizi”nin Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyəti və dövlətimizin başçısının göstərdiyi səylər xüsusi qeyd edilib. Dövlət katibi Con Kerrinin mətbuat üçün bəyanatında dediyi kimi, bu layihə enerji mənbələrinin şaxələndirilməsi baxımından Avropanın uzunmüddətli strateji maraqları naminə atılan çox ciddi addımdır və bu işə cəlb olunan bütün tərəflərə fayda gətirəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşündə də enerji təhlükəsizliyi məsələsi danışıqların əsas mövzusu olub. Vitse-prezident Co Bayden bildirib ki, ABŞ Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə bağlı fəaliyyətini tam dəstəkləyir və bu istiqamətdə zəruri addımlar atacaq.

Göründüyü kimi, Birləşmiş Ştatlar “Cənub Qaz Dəhlizi” layihəsini təkcə sözdə dəstəkləmir, eyni zamanda, onun həyata keçirilməsinə sanballı kömək göstərməyə hazır olduğunu təsdiqləyir. Prezident İlham Əliyev bu real dəstəyi yüksək qiymətləndirərək deyib: “Biz bu layihənin icrasına ciddi dəstək göstərdiyinə görə Amerika Birləşmiş Ştatlarının hökumətinə çox minnətdarıq. Səmimi desəm, bu dəstək olmasa idi həmin layihənin həyata keçirilməsi üçün daha çox müddət və səylərin göstərilməsi tələb oluna bilərdi. İşlər vaxt cədvəlinə uyğun gedir, işlər vaxtında icra olunacaq və 2-3 il ərzində “Cənub Qaz Dəhlizi” layihəsi işlək olacaq”.

Dövlətimizin başçısının keçirdiyi görüşlərdə Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlara logistik dəstəyin təmin olunmasında səyləri də xüsusi qeyd edilib, ölkələrimiz arasında siyasi, iqtisadi və energetika sahələrində güclü və uzunmüddətli əməkdaşlığa maraq ifadə olunub.

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden, dövlət katibi Con Kerri, habelə bu ölkənin bir sıra konqresmenləri və ictimai xadimləri ilə görüşlərdə müzakirə edilən ikinci mühüm məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olub. Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan münaqişənin həllinə dair ölkəmizin mövqeyini şərh edərək bildirib ki, bütövlükdə postsovet məkanında, ümumiyyətlə isə dünyada bütün münaqişələr ölkələrin ərazi bütövlüyü əsasında həll edilməlidir. Həm Co Bayden, həm də Con Kerri ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini, problemin beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında nizamlanmasına sadiq olduğunu bir daha təsdiq ediblər.

Dünyanın ən böyük dövlətlərindən birinin yüksək vəzifəli rəsmi şəxslərinin bəyanatları aydın şəkildə göstərir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət kəsb edir.

Beləliklə, Prezident İlham Əliyevin ABŞ-a səfərinin ilkin nəticələrinə əsaslanaraq demək olar ki, Azərbaycan ilə Birləşmiş Ştatların həmişə sıx və səmimi olan münasibətləri indi strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəlib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib