ELM VƏ TEXNOLOGİYA


Azərbaycan, ABŞ və Gürcüstan seysmoloqları yeni layihələrlə bağlı müzakirələr aparıblar

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol, Oreqon Dövlət Universitetinin Yer, Okean və Atmosfer Elmləri Kollecinin professoru Con Nabelek, Gürcüstanın İlya Dövlət Universitetinin Yer Elmləri İnstitutunun direktoru Tea Qodoladze və əməkdaşı Maya Uçaneişvili Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar.

RSXM-dən AZƏRTAC-a bildirilib ki, mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə keçirilən görüşdə Azərbaycan, ABŞ və Gürcüstan seysmoloqları arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb, “Qafqaz Kəsilişi” layihəsi müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.