CƏMİYYƏT
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində “Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı tədbir keçirilib
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də Azərbaycan Hərbi Tarix Muzeyinin təşəbbüsü ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş “Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə tədris müəssisəsinin rəhbərləri, ali hərbi məktəblərin, hərbi hissələrin nümayəndələri, habelə Böyük Vətən müharibəsi veteranları iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, müharibə illərində cəbhələrdə Azərbaycandan təqribən 700 min adam vuruşub. Onların yarısı müharibədən qayıtmayıb. 130 Azərbaycan döyüşçüsü Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər üç dərəcədə Şöhrət ordeninə, 170 min əsgər və zabit digər orden və medallara layiq görülüb.
Tədbirdə “İkinci dünya müharibəsi və Azərbaycan” qısametrajlı sənədli filmi nümayiş etdirilib.