SİYASƏT


Azərbaycan-Almaniya Forumu: Atəşkəsin pozulması halları ən kəskin şəkildə pislənməlidir

Berlin, 7 iyul, AZƏRTAC

Azərbaycan-Almaniya Forumunu iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndi istiqamətində törətdiyi növbəti hərbi təxribat və mülki vətəndaşların qətlə yetirilməsi ilə bağlı bəyanat verib.

Sənəddə bildirilir ki, Alxanlı kəndində Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın öldürülməsi faktı münaqişədə hazırkı vəziyyətin həssaslığını, Avropa İttifaqı və Almaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəaliyyətinin gücləndirilməsinin necə vacib olduğunu bir daha göstərir.

“Atəşkəsin pozulması halları ən kəskin şəkildə pislənməli və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ilə bağlı səylər davamlı şəkildə artırılmalıdır. Yalnız bu zaman münaqişə regionda sülh və təhlükəsizliyin təmini naminə öz həllini tapa bilər”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.