SİYASƏT
Azərbaycan Amerika Mədəniyyət Alyansı yeni tədris ilinə başlayıb
Tədris proqramına Azərbaycan dili və ədəbiyyatı, rəsm dərsləri ilə yanaşı, “Robotiks” dərsləri də əlavə olunub.
AAMA-nın təşəbbüsü ilə yaradılan məktəb 2012-ci ilin sentyabr ayından fəaliyyət göstərir. Hazırda məktəbdə 36 nəfər şagird vardır. Dərslər Hyustonun Azərbaycan icmasının könüllü müəllimləri Mirqələm Miriyev (Azərbaycan dili və ədəbiyyatı), Pərvinə Əliyeva (rəsm) və Zarina Əlizadə (“Robotiks”) tərəfindən keçirilir. Hər tədris ilinin sonunda şagirdlərə sertifikatlar və hədiyyələr verilir.
AAMA qeyri-hökumət təşkilatıdır və 2009-cu il martın 1-dən Texas ştatının Hyuston şəhərində fəaliyyət göstərir.
Təşkilatın məqsədi Azərbaycan mədəniyyətini Amerika Birləşmiş Ştatlarında təbliğ etməkdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.04.2024 [17:26]
İstanbul valisi: Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədədir
- 25.03.2024 [14:40]