MƏDƏNİYYƏT


Azərbaycan Aşıqlar Birliyində çinli alimlə görüş

Bakı, 18 iyun, AZƏRTAC

Ölkəmizdə qonaq olan Çin Xalq Respublikasının Etnik Ədəbiyyat İnstitutunun professoru Xuan Gün Şan Azərbaycan Aşıqlar Birliyində olub.

Bu haqda AZƏRTAC-a məlumat verən AAB-ın katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, türk xalqlarının qədim ədəbiyyatı və mədəniyyəti sahəsində tədqiqatlar aparan alimin bu görüşdə məqsədi Azərbaycan aşıq sənəti ilə daha yaxından tanış olmaqdır.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı çinli alimə Azərbaycan aşıq sənətinin dünəni və bu günü, bu sənətə dövlətin qayğısı və onun inkişafı və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib. O, günümüzün ustad aşıqlarından və AAB-ın reallaşdırdığı layihələrdən söhbət açıb, qonağı maraqlandıran suallara əhatəli cavab verib. M.Qasımlı, eyni zamanda, çinli alimə AAB-nin nəşri olan “Günümüzün ustad aşıqları” seriyasından kitablar və “Folklor və etnoqrafiya” jurnalının son nömrələrini, Aşıq Şəmşirin lent yazılarından ibarət diski hədiyyə edib.

Sonra qonaq aşıqların ifasında müxtəlif aşıq havalarını canlı olaraq dinləyib, onların ifasını videolentə köçürüb, onlardan müsahibələr götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.