CƏMİYYƏT


Azərbaycan Avropa Hemofiliya Konsorsiumunun beynəlxalq konfransında təmsil olunub

Bakı, 3 iyul, AZƏRTAC

Brüsseldə Avropa Hemofiliya Konsorsiumunun “Liderlər” adlı beynəlxalq konfransı keçirilib.

Konfransda Azərbaycanı Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru, Pasient Təşkilatlar İttifaqının sədri Ayaz Hüseynov təmsil edib.

A.Hüseynovun AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, dünyanın 44 ölkəsindən gələn nümayəndələrin iştirak etdiyi konfransda əsasən tibbin son nailiyyətləri müzakirə olunub. Həmçinin bu sahədə mövcud olan problemlər və onların həlli yolları barədə təcrübə mübadiləsi aparılıb.

Konfransda müzakirə olunan mövzular ətrafında ölkəmizdə də hemofiliya xəstələri və onların ailə üzvləri üçün seminarların keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.