İQTİSADİYYAT
Azərbaycan-Avropa İttifaqı ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə alt komitənin iclası keçirilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Bakıda Azərbaycan-Avropa İttifaqı ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə alt komitənin 14-cü iclası keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın müvafiq dövlət qurumlarının və Avropa İttifaqının nümayəndələrinin iştirak etdiyi iclasda mövcud iqtisadi, eləcə də ticarət və investisiya əlaqələrinə dair fikir mübadiləsi aparılıb.
İclasda, həmçinin Azərbaycan iqtisadiyyatı və onun prioritet istiqamətləri, iqtisadiyyatın şaxələndərilməsi, eləcə də son zamanlar iqtisadi sahədə həyata keçirilən kompleks islahatlar barədə məlumat verilib, suallar cavablandırılıb.