ORDU
Azərbaycan Avropa orduları komandanlarının konfransında təmsil olunur
Bakı, 25 oktyabr, AZƏRTAC
Almaniya Federativ Respublikasının Vizbaden şəhərində “Varşava Sammiti və sonrakı dövr” mövzusunda Avropa orduları komandanlarının konfransı keçirilir. Azərbaycanı konfransda müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təmsil edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, NATO-nın üzvü və tərəfdaşı olan bir sıra ölkələrin Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin, eləcə də Alyansın hərbi strukturlarının rəhbərlərinin iştirak etdikləri tədbirdə Avropadakı sabitliyə və təhlükəsizliyə təhdidlərin aradan qaldırılması üçün silahlı qüvvələr arasında hərbi əməkdaşlığın gücləndirilməsi, informasiya mübadiləsi, təhlükəsizliyin təmin edilməsi üzrə yeni yanaşmalar və digər mövzulara dair məruzələr dinlənilərək müzakirələr aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:35]
Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO
- 26.03.2024 [13:26]
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır VİDEO
- 24.03.2024 [12:17]
Müdafiə Nazirliyi həftəlik videoicmalı təqdim edib VİDEO
- 23.03.2024 [16:14]