İDMAN
Azərbaycan Avtomobil Federasiyası Dövlət Bayrağı Günü münasibətilə klassik avtomobillərin paradını və sərgisini keçirəcək
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Federasiyası (AAF) noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə klassik avtomobillərin paradını təşkil edəcək.
AAF-dan AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar federasiya klassik avtomobil sahiblərini parada iştirakçı kimi dəvət edir. 1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri noyabrın 8-i saat 19:00-dək Azərbaycan Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilərlər.
İştirak etmək istəyənlərdən qeydiyyat üçün Azərbaycan Avtomobil Federasiyası ilə əlaqə saxlamaları xahiş olunur (Telefon: (012) 505-60-03 və ya (050) 295-01-00; elektron poçt ünvanı: [email protected]).
Qeydiyyatdan keçən avtomobillər noyabrın 9-da saat 09:00-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.
Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhərində dövrə vuraraq yürüşü Dövlət Bayrağı Meydanınadək davam etdirəcək.
Dövlət Bayrağı Meydanında, həmçinin yürüşdə iştirak edən klassik avtomobillərin sərgisi olacaq.
Azərbaycan Avtomobil Federasiyası və Dövlət Bayrağı Meydanı hər kəsi noyabrın 9-da saat 12:00-dan 16:00-dək klassik avtomobillərin sərgisinə dəvət edir. Sərgiyə giriş sərbəstdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [23:21]
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
- 24.04.2024 [22:45]
Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir
- 24.04.2024 [22:07]
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]