İQTİSADİYYAT


Azərbaycan BMT-nin Ticarət və İnkişaf Konfransının 14-cü iclasında təmsil olunur

A+ A

Bakı, 21 iyun, AZƏRTAC

Keniyanın Nayrobi şəhərində BMT-nin Ticarət və İnkişaf Konfransının 14-cü iclası öz işinə başlayıb. Forumda ölkəmizi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məsul əməkdaşları təmsil edir.

AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, iyulun 22-dək davam edəcək konfrans çərçivəsində debatlar və "dəyirmi masa"lar, tematik tədbirlər, Dünya İnvestisiya Forumu, Qlobal Əmtəə Forumu, Gənclər və Vətəndaş Cəmiyyəti forumları və digər tədbirlər təşkil ediləcək.

Dünyada biznes mühitinin, ixrac və investisiyanın qlobal səviyyədə təşviq edilməsi, davamlı inkişafa, tərəqqiyə nail olmaq üçün müvafiq iqtisadi modellərə keçidin təmin olunması kimi mövzuları əhatə edən konfransda bir çox dövlət və hökumət başçıları, nazirlər və biznes cəmiyyətinin nümayəndələri, elm adamları iştirak edir.

Konfrans çərçivəsində təşkil olunan ən mühüm tədbirlərdən biri kimi Dünya İnvestisiya Forumuna dünya liderlərinin iştirak etdiyi Qlobal İnvestisiya Sammiti ilə start verilib. Forumda investisiyanın təşviq edilməsi, sahibkarlığın inkişafı, maliyyə, müxtəlif regionlara investisiyaların cəlb olunması, özəl sektorun inkişafı və digər mövzular müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.