İDMAN


Azərbaycan “Baltic Open-2017” Döyüş Sənətləri Olimpiadasında təmsil olunacaq

Riqa, 12 may, AZƏRTAC

Mayın 13-14-də Riqada, ”Elektrum” Olimpiya İdman Mərkəzində “Baltic Open-2017” Döyüş Sənətləri Olimpiadası keçiriləcək. Yarışlarda 6-80 yaş arasında təqribən 2 min müxtəlif səviyyəli idmançı iştirak edəcək. İdman meydanında 14 ölkənin – Azərbaycan, ABŞ, Rusiya, Nepal, Almaniya, İtaliya, Portuqaliya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Estoniya, Litva və Latviyanın nümayəndələri qarşılaşacaqlar.

Olimpiadada Azərbaycanı məşqçi Vasif Namazovun rəhbərliyi ilə Nəvai Əlizadə, Araz Abdullayev, Musa Abdullayev, Arzu Eyvazova, Natiq Alışov və başqa idmançılar təmsil edəcəklər.

Olimpiadanın unikallığı bundadır ki, turnirdə, demək olar, bütün təkbətək döyüş növləri, o cümlədən cüdo, müxtəlif karate versiyaları, kiokusinkay, taekvando, zərbə qüvvəsi, pankration, qreppinq, sərbəst üsul, aykido, vin-çun, kikboksinq, K-1, MMA, kunqfu, kosiki karate, qurşaqtutma nəzərdə tutulub.

Təntənəli açılış mərasimindən sonra tamaşaçılar “Çempionlar marafonu” tamkontaktlı döyüşlər – peşəkar boks, MMA, sərbəst üslub, kosiki karate, K-1, pankration üzrə reytinq görüşlərinə tamaşa edəcəklər. Təkbətək döyüşlərdə dünya və Avropa çempionları iştirak edəcəklər.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.