İQTİSADİYYAT


Azərbaycan Belarusda beynəlxalq konfransda iştirak edir

A+ A

Minsk, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 26-da Minskdə “Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası regionunda 2030-cu il üçün iqtisadi inteqrasiyanın və davamlı inkişafın əsasını qoyarkən” mövzusunda beynəlxalq konfrans işə başlayıb. AİK-in üzvü olan 56 ölkənin praktiki olaraq hamısının, o cümlədən Azərbaycanın, beynəlxalq təşkilatların, biznes və ekspert birliklərinin nümayəndələri, siyasətçilər və alimlər BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) regionunda ölkələrin və inteqrasiya birliklərinin əməkdaşlığın geniş spektri üzrə praktiki qarşılıqlı fəaliyyətini müzakirə etmək üçün Minskə toplaşıblar.

Tədbirdə Belarus Prezidenti Aleksandr Lukaşenkonun konfrans iştirakçılarına təbrik məktubu oxunub.

Beynəlxalq forumda Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov çıxış edib.

Tədbirdə Azərbaycanın Belarusdakı səfirliyinin müşaviri Zülfüqar Tanarverdi də iştirak edir.

Xatırladaq ki, BMT AİK region ölkələrinin inkişafına iqtisadi yardım məqsədi ilə 70 il əvvəl yaradılıb.

Beynəlxalq konfrans işini davam etdirir.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.