İQTİSADİYYAT


“Azərbaycan Beynəlxalq Bankı” 200 milyon dollardan çox sindikatlaşdırılmış kredit cəlb edib

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 200 milyon ABŞ dolları həcmindən çox sindikatlaşdırılmış kreditin cəlb olunmasını uğurla başa çatdırıb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, saziş üzrə ilkin təşkilatçılar “Citibank”, “Credit Suisse A.G. London Branch” (“Credit Suisse”), “Emirates NBD Capital Limited” (“ENBD”) və “J.P. Morgan” banklarıdır. “Citibank Europe plc” bu əqdin əlaqələndiricisi və agenti, “J.P.Morgan” isə buraxılış agenti kimi çıxış edib.

Sazişə 12 maliyyə qurumu qoşulub. Bazara 150 milyon ABŞ dolları həcmində sindikasiya krediti üçün tələb göndərilsə də, bazar iştirakçılarının bu cəlbetməyə marağı 200 milyon ABŞ dollarını keçib.

Bu, 2015-ci ilin aprel ayından bəri ABB-nin cəlb etdiyi ilk sindikasiya kreditidir. Kredit sazişi bir illik müddətə razılaşdırılıb. Cəlb olunmuş vəsaitin ümumi korporativ məqsədlərə, xüsusilə ticarət yönümlü layihələrə yönəldilməsi planlaşdırılır.

Qeyd edək ki, bu gün Azərbaycandakı ümumi bank aktivlərinin 37.9 faizi, müştəri kreditlərinin 32.5 faizi, ümumi bank əmanətlərinin isə 26.5 faizindən çoxu məhz "Azərbaycan Beynəlxalq Bankı"na məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.