İQTİSADİYYAT


“Azərbaycan Beynəlxalq Bankı” “ƏLA - Ən Lazımi Anda” brendi altında yeni elektron şöbə istifadəyə verib

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

"Azərbaycan Beynəlxalq Bankı" yeni elektron şöbəsini müştərilərin istifadəsinə verib. Bu şöbə öz imkanlarına görə tək Azərbaycanda deyil, ümumilikdə MDB məkanında bir ilkdir.

AZƏRTAC xəbər verir ki, "ƏLA - Ən Lazımi Anda" brendi altında işləyəcək elektron şöbə paytaxtın Əliyarbəyov küçəsi, 9 ünvanında (Fəvvarələr meydanı) yerləşir və 24/7 rejimində çalışır. Müasir texniki vasitələrlə təchiz olunmuş şöbədə müştəri bank məhsul və xidmətlərindən cəmi bir neçə dəqiqə ərzində faydalana bilər. Müştəri unikal "ƏLAmatik" avadanlığından istifadə edərək bankın əməkdaşı ilə videoəlaqə yaradır və lazımi bank əməliyyatlarını asanlıqla həyata keçirir. Burada bir neçə dəqiqə ərzində, yerindəcə kredit almaq, ödəniş kartını əldə etmək, hesab açmaq, ödənişlər aparmaq, pul köçürmək, nağd vəsait almaq, hesaba vəsait yerləşdirmək və digər əməliyyatları yerinə yetirmək mümkündür.

"ƏLA" elektron şöbəsində müştərilərə operativ şəkildə təqdim olunan "ƏLA xidmətlər" çeşidi müştərilər üçün rahat və sərfəlidir. Məsələn, burada "ƏLA" kartı sifariş edib, cəmi bir neçə dəqiqədən sonra hazır kartı götürmək mümkündür. 6 il müddətinə buraxılan "ƏLA" kart vasitəsilə müştəri çox qısa müddət ərzində, sadəcə 8937 qısa nömrəsinə göndərilən bir SMS vasitəsilə kredit götürə bilər. Kart, həmçinin adi qaydada, nağd və nağdsız əməliyyatlar üçün istifadə oluna bilər.

"ƏLA" köçürmə sistemi ilə pul göndərmək də çox asandır: müştəri sadəcə "ƏLAmatik" avadanlığına əsginazları yerləşdirib xüsusi kod alır, vəsaiti alacaq şəxs isə pul məbləğini həmin kod ilə "Azərbaycan Beynəlxalq Bankı"nın istənilən bankomatından dərhal götürə bilir.

Bu xidmətlərdən təkcə "ƏLA" elektron şöbəsində yox, bankın yeni açılacaq və 24/7 rejimində işləyəcək "ABB-24" filialında da faydalanmaq mümkün olacaq. Belə ki, 5 dəqiqə ərzində verilən unikal "ƏLA" krediti almaq üçün müştəri əvvəlcədən Bankın *8937 nömrəyə zəng edib lazımi kredit məbləğinə sifariş verir. Müraciət çox operativ şəkildə araşdırılır. Bankın qərarı müsbət olduğu halda, müştəri "ABB-24" filialına yaxınlaşıb müvafiq sənədləri imzalayır və krediti nağd şəkildə alır.

"ƏLA" xidmətlər çeşidinə, həmçinin "ƏLAxətt" (müştəri ilə videoəlaqə əsasında qurulan qaynar xətt), "ƏLAvə" (mobil applikasiya), "ƏLA" çatdırılma (ödəniş kartının müştərinin ünvanında təcili çatdırılması), "ƏLAdepozit" və "ƏLAc" krediti (mövcud kreditlərin yenidən maliyyələşdirilməsi) daxildir. "ƏLA" xidmətlər barədə ətraflı məlumatı www.ela.az internet səhifəsində və www.facebook.com/elabankaz səhifəsində əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.