İQTİSADİYYAT
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin ümumi yığıncağı keçirilmişdir
Bakı, 1 dekabr (AZƏRTAC). “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı
keçirilmişdir.
Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yığıncaqda bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2011-ci ilin maliyyə hesabatının təsdiq edilməsi və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 2011-ci ilin mənfəəti, habelə bankın dividend siyasəti haqqında qərarlar qəbul edilmişdir.
Azərbaycan Beynəlxalq Bankının Maliyyə Hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq hazırlanmış 2011-ci ilin sonuna maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatında əks olunan 13 milyon 694 min 766 manat bölüşdürülməmiş mənfəətdən 8 milyon 694 min 766 manatı 2011-ci ilin yekunlarına görə səhmdarlara dividend şəklində ödənilmiş, qalan 5 milyon manatı isə hazırda həyata keçirilən emissiya başa
çatdıqdan sonra nizamnamə kapitalının artırılmasına yönəldilməsi üçün bankın bölüşdürülməmiş mənfəət hesabında saxlanılması barədə qərar qəbul edilmişdir.