İQTİSADİYYAT


“Azərbaycan Beynəlxalq Bankı” ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib

Bakı, 17 fevral, AZƏRTAC 

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib.

Bu barədə AZƏRTAC-a Maliyyə Bazarlarına Nəzarət Palatasından açıqlama verilib.

Palatanın Direktorlar Şurasının iclasında sözügedən lisenziyanın verilməsi ilə bağlı ABB-nin müraciətinə baxılaraq, müsbət qərar qəbul edilib.

Sözügedən lisenziya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və palatanın Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.