İQTİSADİYYAT


“Azərbaycan Beynəlxalq Bankı” “Backbase” şirkəti ilə əməkdaşlığa başlayıb

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

“Azərbaycan Beynəlxalq Bankı” ilə bank texnologiyaları sahəsində dünya liderlərindən olan “Backbase” şirkəti arasında müqavilə imzalanıb.

Bankdan AZƏRTAC-a bildirilib ki, SİBOS 2016 beynəlxalq sərgi-konfransı çərçivəsində imzalanmış müqavilə elektron bankçılıq sahəsində əməkdaşlıq əlaqələrini nəzərdə tutur. Müqaviləni ABB tərəfdən bankın İdarə Heyəti sədrinin müavini Ülvi Mansurov, “Backbase” şirkəti tərəfindən isə şirkətin icraçı direktoru Jouk Pleiter imzalayıb.

Proqram təminatlarının yaradılması ilə məşğul olan “Backbase” şirkətinin əsas missiyası müştərilərlə qarşılıqlı əlaqə sisteminin yaradılması, idarə edilməsi, optimallaşdırılması və təhlükəsizliyi məsələlərində maliyyə institutlarına dəstək verməkdir. Şirkətin məhsullarını tətbiq edən banklar sırasında dünyanın bir sıra aparıcı bankları, o cümlədən ABN-AMRO, “Barclays”, “Sberbank”, ING, “Deutsche Bank”, “National Bank of Abu Dhabi” və s. kimi banklar var. Müqavilə çərçivəsində “Backbase” şirkəti ABB-ə də elektron bankçılığın inkişaf etdirilməsində kömək göstərəcək.

Özünün yeni fəaliyyət strategiyasına uyğun olaraq rəqəmsal bankçılıq texnologiyalarının geniş tətbiqini planlaşdıran bank müştərilərlə əlaqə kanallarını modernləşdirəcək. “Backbase” şirkəti tərəfindən yaradılan elektron bankçılıq proqram təminatı “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə yanaşı, törəmə bankı olan “Azərbaycan Beynəlxalq Bankı-Moskva”nın da fəaliyyətində tətbiq olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.