İQTİSADİYYAT


Azərbaycan Beynəlxalq Bankı dünyanın 1000 ən böyük bankı sırasında

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

Böyük Britaniyanın nüfuzlu "The Banker" jurnalının təqdim etdiyi renkinq cədvəlinə görə, Azərbaycan Beynəlxalq Bankı dünyanın ən dayanıqlı 1000 bankı sırasında qərarlaşıb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, renkinq cədvəlində Azərbaycan Beynəlxalq Bankı aktivlərinin həcminə, kapitalın adekvatlıq əmsalına, kapitalın və aktivlərin gəlirliliyinə görə Mərkəzi və Şərqi Avropa ölkələrinə aid ən yaxşı bankların ilk 25-liyində təmsil olunur.

Renkinq cədvəlinin şərh hissəsində "TheBanker" jurnalı ölkəmizin bu regional renkinqin TOP-25-də (Rumıniyanın Transilvania Bankı və Bank of Georgia ilə birgə) ilk dəfə nominant olduğunu xüsusi qeyd edir. Bundan əlavə, Azərbaycan Beynəlxalq Bankı birinci dərəcəli kapitalının artım tempinə görə Mərkəzi və Şərqi Avropa banklarının ilk onluğuna daxil olaraq region üzrə dördüncü yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.