İQTİSADİYYAT
Azərbaycan Beynəlxalq Bankı müştərilərə “Cari hesaba mədaxil” xidmətini təqdim edib
Bakı, 26 avqust (AZƏRTAC). Azərbaycan Beynəlxalq Bankı “AzeriCard” prosessinq mərkəzi ilə birgə müştərilərə kredit borclarını “MobilBank” və “İnternet bankinq” sistemi vasitəsilə ödəmək imkanı yaradan “Cari hesaba mədaxil” xidmətini təqdim edib.
“AzeriCard”ın məlumatına görə, ödəniş “MobilBank”ın “Bank xidmətləri” və ya “İnternet banking” menyusunun “Hesabın artırılması” bölməsi vasitəsi ilə aparılır. Bunun üçün hesab nömrəsini və məbləği daxil edib əməliyyatı təsdiqləmək kifayətdir. İstifadəçi sorğunun yerinə yetirilməsi barədə dərhal məlumatlandırılır.
“MobilBank” xidməti balansı yoxlamaq, hesabdan çıxarışı almaq, kartın oğurlanması və ya itirilməsi hallarında onu bloklaşdırmaq, pulu kartdan karta köçürmək, mobil operatorlarının, internet provayderlərinin, TV və kommunal şirkətlərinin xidmətlərini ödəmək, “Cash by Code” xidmətindən istifadə etmək imkanı da yaradır