İQTİSADİYYAT


Azərbaycan Beynəlxalq Bankına məxsus “Joint Leasing” şirkətinin adı dəyişib

A+ A

Bakı, 21 iyun, AZƏRTAC

Səhmləri Azərbaycan Beynəlxalq Bankına məxsus olan "Joint Leasing Company" şirkəti rebrendinq prosesini başa çatdırıb.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, "Joint Leasing Company" bundan sonra "Beynəlxalq Lizinq" şirkəti adı altında fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Joint Leasing" 1999-cu ildə yaradılıb. 2007-ci ildən "Joint Leasing" adı altında fəaliyyət göstərən şirkət hazırda Azərbaycanın ən böyük lizinq şirkətidir. Şirkət öz müştərilərinə müxtəlif yük və minik avtomobillərinin, kənd təsərrüfatı və emal avadanlıqlarının, tibbi və digər hər növ avadanlıqların, tikinti mexanizmlərinin alınması üzrə sərfəli şərtlər təklif edir. Şirkət eyni zamanda, daşınmaz əmlakın lizinqini də həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.