İQTİSADİYYAT


“Azərbaycan Beynəlxalq Bankı”ndan polis işçiləri üçün endirimli nağd pul krediti kampaniyası

Bakı, 1 iyul, AZƏRTAC

“Azərbaycan Beynəlxalq Bankı”nın 2 iyul - Polis günü ərəfəsində start verilən kampaniyası çərçivəsində bankın maaş kartına sahib olan asayiş keşikçilərimiz nağd pul kreditini bu bankdan 2 faiz endirimlə əldə edə bilərlər.

Bankdan AZƏRTAC-a bildiriblər ki, kampaniya iyunun 30-dan iyulun 14-dək keçərlidir.

Kampaniyanın özəllikləri bunlardır: kreditin məbləği 15 min manatadək, kreditin müddəti 36 ayadək, illik faiz dərəcəsi 2 faiz endirimlə, 3 min manatadək zaminsiz, kreditin rəsmiləşdirilməsi komissiyasız.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş bu krediti “Azərbaycan Beynəlxalq Bankı”nın bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat şəkildə həyata keçirə bilər.

"Azərbaycan Beynəlxalq Bankı"nın digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/rəsmi Facebook səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.