İQTİSADİYYAT
“Azərbaycan Beynəlxalq Bankı”ndan sərhədçilər üçün endirimli nağd pul krediti
Bakı, 16 avqust, AZƏRTAC
Sərhəd Qoşunları əməkdaşlarına bank xidmətləri göstərən "Azərbaycan Beynəlxalq Bankı" (ABB) 18 Avqust - Sərhəd Qoşunları Günü münasibətilə özəl kampaniyaya başlayır.
Bankdan AZƏRTAC-a bildiriblər ki, ABB-nin maaş kartına sahib Azərbaycan sərhədçiləri kampaniyadan faydalanaraq nağd pul kreditini bankdan 2 faiz endirimlə əldə edə bilərlər. Kampaniya avqustun 16-dan 25-dək keçərlidir.
Kampaniyanın özəllikləri: kreditin məbləği – 15 000 manatadək, kreditin müddəti - 36 ayadək, illik faiz dərəcəsi – 2 faiz endirimlə 25 faizdən başlayaraq 3 min manatadək zaminsiz, kreditin rəsmiləşdirilməsi komissiyasız.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş bu krediti "Azərbaycan Beynəlxalq Bankı"nın bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.
"Azərbaycan Beynəlxalq Bankı"nın digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “facebook” səhifəsindən əldə etmək olar.