İQTİSADİYYAT


“Azərbaycan Beynəlxalq Bankı”nın xidmətləri “ASAN ödəniş” terminallarında

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

"Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") tabeliyində fəaliyyət göstərən "İnnovasiyalar Mərkəzi" MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, müqavilə ölkə ərazisində "ASAN ödəniş" terminallarından istifadə üzrə əməkdaşlığı nəzərdə tutur. Belə ki, İnnovasiyalar Mərkəzi respublika ərazisində "ASAN ödəniş" terminallarının və bu terminallar vasitəsilə təklif olunan xidmətlərin sayını artırmaq niyyətindədir. Terminalların inkassasiya xidmətini və terminallar vasitəsilə həyata keçirilən ödənişlərin bank-xəzinə əməliyyatlarını İnnovasiyalar Mərkəzi üçün bu sahədə geniş təcrübəyə malik olan "Azərbaycan Beynəlxalq Bankı" təmin edəcək.

Eyni zamanda, müştərilər "ASAN ödəniş" terminalları vasitəsilə bankın xidmətlərindən də faydalana biləcəklər. Bütün "ASAN xidmət" mərkəzlərində mövcud olan bu terminallardan artıq bankın filial və şöbələrində də quraşdırılır. Bu birgə layihə əhalinin bank məhsul və xidmətlərindən istifadə imkanlarını daha da genişləndirərək asanlaşdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.